Qədirli Mələk Telman qızı 2000-ci il 26 iyunda Bakı şəhərində anadan olub.
2007-2018-ci illər Bakı şəhəri 249 saylı orta məktəbdə tam orta təhsil alıb. 2018-ci ildə Azərbaycan Dillər Universiteti, Filologiya fakültəsi, Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə) ixtisasına 669 bal toplayaraq daxil olub. Hazırda bakalavr təhsilini davam etdirir. 2019-cu il Azərbaycan Dillər Universitetində hər il təşkil olunan “Xəlifə günü” layihəsi çərçivəsində Tələbələrlə İş və Tərbiyə şöbəsinə xəlifə müdir təyin olunub.
Azərbaycan Dillər Universitetində fəalliyyət göstərən klublarda aktiv iştirak edir, tədbirlərdə çıxış edir, AULTalksClub’da koordinator vəzifəsində çalışır.
DOST Agentliyində könüllü kimi fəaliyyət göstərir.
“Microsoft Office”, “Adobe Acrobat Reader” proqramlarında işləməyi bacarır.
Həvəskar şəkildə bədii qiraətlə məşğul olur, şeirlər səsləndirir və abstrakt şəkillər çəkir.
Hazırda “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Regionlarla İş departamentinin əməkdaşı kimi fəaliyyət göstərir.
İngilis dilini B1 (İntermediate), alman dilini A1 (beginner) səviyyəsində bilir.
Azərbaycan Respublikasının Prezidenti | Mehriban Əliyeva | Zərifə Əliyeva | Heydər Əliyev Fondu | Kənd Təsərrüfatı Nazirliyi | Azərbaycan.az | Elektron Hökumət Portalı | Gov.az | Dövlət Xidmət Portalı | Qarabağ.az |