Kamran Əliyev

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri

Əliyev Kamran Əbülfəz oğlu 17 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub.

  • 2016-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub;
  • 30.09.2016 – 30.11.2016-ci il tarixlərində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü kimi çalışıb;
  • 01.12.2016-29.03.2017-ci il tarixdə AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində təcrübəçi kimi fəaliyyət göstərib;
  • 30.03.2017-27.08.2018 – ci il tarixlərində “ASAN Könüllüləri” Təşkilatında müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda “ASAN Könüllüləri” Təşkilatının idarə heyətinin üzvüdür;
  • “AVO MUN” 2017, “AVRO MUN” 2018, “Könüllülər Parlamenti-Azərbaycan – 2017” layihələrinin icrasında təşkilat komitəsinin rəhbəri olub;
  • Azərbaycan Respublikasının Milli Məclisinin dəstəyilə həyata keçirilən “Könüllülər Parlamenti-Azərbaycan – 2019” layihəsinin rəhbəri olub;
  • “UNİCEF”in dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Uşaq Hüquqlarının Təşviqi” layihəsi çərçivəsində layihə koordinatoru kimi çalışıb;
  • “USAİD” və “Counterpart İnternational” əməkdaşlığı ilə həyata keçirilən “Woman Participation Program (WPP)” layihəsinin təlimlər üzrə eksperti olub;
  • 2019-cu ildə həyata keçirilən BMT-in Dövlət Xidmətləri Forumunun təşkilat komitəsinin üzvü olub;
  • “HR SUMMİT – 2019” layihəsinin təşkilat komitəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti Mehriban Əliyeva Zərifə Əliyeva Heydər Əliyev Fondu Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan.az Elektron Hökumət Portalı Gov.az Dövlət Xidmət Portalı Qarabağ.az