Category Archive Xəbərlər

“Səyyar Aqro Məktəb” layihəsi başa çatıb

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Səyyar Aqro Məktəb” layihəsi başa çatıb.

Aqrar sahədə ilk dəfə reallaşdırılan “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində karantin rejiminin qaydalarına uyğun olaraq onlayn formatda, “Zoom” mobil tətbiqi vasitəsilə  təsərrüfat sahələrində təlimlər və görüşlər həyata keçirilib.

Layihə 2 mərhələdə reallaşdırılıb. Birinci mərhələdə layihə çərçivəsində təlim və görüşlər 6 rayonu – Şəki, Oğuz, Qax, Zaqatala, Balakən və Şamaxını əhatə edib. Belə ki, Şəkidə təlim və görüşlərdə iribuynuzlu heyvandarlıq, Oğuzda meyvəçilik və balıqçılıq, Qaxda arıçılığın inkişafı və baramaçılıq, Zaqatalada fındıqçılıq təlimi və ADAU-ya onlayn ekskursiya, Balakəndə tütünçülük və qarğıdalı təsərrüfatı, Şamaxıda üzümçülük təsərrüfatından bəhs olunub. Peşəkar təlimçilər tərəfindən 300 gəncə bu rayonların spesifik təsərrüfat sahələri üzrə ətraflı məlumat verilib.

Təlim iştirakçıları təsərrüfatların yaradılması, idarəedilməsi və gələcəkdə inkişaf etdirilməsi, təsərrüfatın xəstəliklərdən, zərərvericilərdən qorunması, həmçinin aqrar təhsilin əhəmiyyəti və imkanları barədə məlumatlandırılıb. Gəncləri maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Layihənin icrası zamanı dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasının və karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunub. Görüşlər zamanı bütün iştirakçılar tibbi qoruyucu vasitələrlə (əlcək, maska, tibbi spirt) təmin olunub. Qoruyucu vasitələrin istifadəsinə və sosial məsafənin qorunmasına ciddi şəkildə nəzarət edilib. 

“Səyyar Aqro Məktəb” layihəsi başa çatıb
“Səyyar Aqro Məktəb” layihəsi başa çatıb
“Səyyar Aqro Məktəb” layihəsi başa çatıb
“Səyyar Aqro Məktəb” layihəsi başa çatıb
“Səyyar Aqro Məktəb” layihəsi başa çatıb
“Səyyar Aqro Məktəb” layihəsi başa çatıb

“Aqrar İnkişaf Könüllülər” Təşkilatı “Səyyar Aqro Məktəb” layihəsinin icrasına başlayır

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səyyar Aqro Məktəb” layihəsinə start verilir.

Aqrar sahədə ilk dəfə reallaşdırılacaq “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində “Zoom” platforması vasitəsilə təsərrüfat sahələrində onlayn formatda təlimlər həyata keçiriləcək.

Ölkəmizdə dinamik şəkildə inkişaf edən aqrar sahəyə marağın daha da artırılması və mütəxəssislərin yetişdirilməsi mühüm əhəmiyyət kəsb etdiyindən kənd təsərrüfatının əsas istiqamətlərindən olan heyvandarlığın inkişafı, məhsul istehsalının artırılması, gənc fermerlərin yetişdirilməsi əsas hədəflərdəndir.

Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar sahə üzrə bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Layihəyə əsasən, kənd təsərrüfatı sahəsi üzrə biliklərin müfəssəl şəkildə gənclərə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində Zaqatala, Şəki, Qax, Balakən, Oğuz və Şamaxı rayonlarında təlim və görüşlər təşkil ediləcək.

Layihənin 2 mərhələ üzrə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələdə regionlarda xüsusi təsərrüfat sahələri üzrə 300 gəncə peşəkar mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Təlimlərdə təsərrüfatların yaradılması, idarəedilməsi və gələcəkdə inkişaf etdirilməsi, həmçinin aqrar təhsilin əhəmiyyəti və imkanları haqqında ətraflı məlumat veriləcək.

Layihənin icrası zamanı dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasının və karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunacaq. Görüşlər zamanı bütün iştirakçılar tibbi qoruyucu vasitələrlə (əlcək, maska, tibbi spirt) təmin olunacaqlar. Qoruyucu vasitələrin istifadəsinə və sosial məsafənin qorunmasına ciddi şəkildə nəzarət ediləcək.

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb Forumu başlayıb

Aqrar İnkişaf Könüllülərinin I Ümumrespublika Veb Forumuna start verilib. Onlayn formatda keçirilən forumun əsas məqsədi ölkəmizin hərtərəfli və davamlı inkişafı istiqamətində könüllülərin fəaliyyətini, xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının geniş yayılmasına qarşı həyata keçirilən tədbirlərdə fəal iştirakını müzakirə etmək, gənclərin aqrar sahəyə marağını daha da artırmaq, onların fərdi inkişafı və vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.

Forumun açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı yeni mərhələyə qədəm qoyub. Nazir qeyd edib ki, dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Könüllülük hərəkatının inkişafına dövlət dəstəyinin gənclərin bu sahəyə marağını daha da artırdığını deyən nazir İnam Kərimov ölkədə müxtəlif sahələr üzrə könüllülük təşkilatlarının təsis olunmasını, könüllülük təşkilatlarının fəaliyyətlərinin birgə koordinasiya edilməsini müsbət hal adlandırıb.

Nazir bildirib ki, Aqrar İnkişaf Könüllüləri müxtəlif bölgələrdə məktəblilər arasında maarifləndirmə işləri aparır, gənclər arasında aqrar təhsilə marağı artırmağa çalışır: “Son iki ildə Aqrar İnkişaf Könüllüləri 40-dək layihə həyata keçirib. Bu layihələr gənclərin kənd təsərrüfatının müxtəlif sahələrinə marağını artırır, aqrar sektorun dinamik inkişafını təmin edəcək kadr potensialının formalaşmasına təsir göstərir”.

Nazir İnam Kərimiov çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.

Daha sonra forum panel müzakirələrlə davam etdirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov “Aqrar təhsilin əhəmiyyəti”, FAO-Azərbaycan tərəfdaşlıq proqramının rəhbəri Namiq Məmmədov “Ərzaq təhlükəsizliyi”,  Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Aqrar sahədə məlumat bazası” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb Forumu 3 gün davam edəcək. Növbəti günlərdə forumda Aqrar Kredit və inkişaf Agentliyinin sədri Mirzə Əliyev “Aqrar sahədə maliyyə mexanizmləri”, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini “Aqrar innovasiyalar”,  Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov “Aqrar sahədə həmkarlar təşkilatının fəaliyyəti”, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev “Aqrar sahədə insan resurslarının idarəedilməsi”, Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdir müavini Pərviz Əliyev “Aqrar iqtisadiyyat”, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı isə “Gənc menecerlərin aqrar sahəyə cəlbi” mövzusunda çıxış edəcəklər.

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin VI iclasında “Aqrar İnkişaf Könüllüləri” də iştirak edib

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin VI iclasında “Aqrar İnkişaf Könüllüləri” də iştirak edib.

Qeyd edək ki, tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, və digər ölkələrdən olan Kənd Təsərrüfatı nazirləri iştirak edib.

Könüllülər komandası ilə Xəzər Universiteti tələbələri arasında görüş baş tutub

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının komandası ilə Xəzər Universiteti tələbələri arasında görüş baş tutub. Tədbirdə çıxış edən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə Xəzər Universitetinin kollektivinə görüş üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə edərək Xəzər Universitetinin tələbələrilə görüşün hər iki tərəf üçün çox uğurlu nəticələrinin olacağına inamını ifadə edib. O, kənd təsərrüfatı sahəsində gənc mütəxəssislərin yetişməsi istiqamətində birgə addımların atılması, tələbələrin praktiki inkişafında resursların birlikdə istifadə edilməsi, gələcək layihələr və təşkilati proqramlarda perspektivlərin səmərəli istifadəsinin vacibliyini, həmçinin irəlidəki aylarda artıq reallaşmaqda olan “AQRODATA”, “Fermerdən Biznesmenə” layihələri haqında məlumatı tələbələrin diqqətinə çatdırıb. Sonra Aqrar İnkişaf Könüllüləri hərəkatının yaranma səbəbləri, məqsədləri və könüllülərin iş şəraiti barədə məlumat verərək Təşkilatın artıq 40-dan çox regionda fəaliyyətini təşkil etdiyini və bu regionlarda gənclərin həm şəxsi inkişafına, həm də əhali arasında maarifləndirmə işinin daha əhatəli təşkil olunmasına dəstək göstərdiyini bildirib.

Görüşün növbəti hissəsində isə Xəzər Universiteti tələbələrinin sualları cavablandırılıb, təklifləri müzakirə edilərək dəyərləndirilməsi üçün qeydlər aparılıb

“Aqrar İnnovatorlar” layihəsi icra edilib

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı  “Aqrar İnnovatorlar” layihəsinin icrasına başlayıb.

 Layihə boyu 200-dən çox gənc arasından seçilmiş 30 iştirakçı ilə seminarlar və respublikanın qabaqcıl  şirkətlərinə səfərlər təşkil edəcəklər. “Aqrar İnnovatorlar” layihəsinin məqsədi innovasiyanın aqrar sahədə tətbiqi, nanotexnologiyanın Azərbaycanda inkişaf perspektivləri, kənd təsərrüfatında elmi yanaşmanın gətirdiyi imkanlardan düzgün istifadənin təşviqinə dəstəkdir.

4 gün davam edən layihədə aqrar sahə və innovasiyalar üzrə təlimlər keçirilib. İştirakçılar  Sumqayıt Texnologiyalar parkına, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutlarına səfər ediblər. Sonda iştirakçılar hazırladıqları təqdimatları nümayiş etdiriblər. Komandalara verilmiş tapşırıqlar əsasında hazırlanan təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. “Aqrobot” komadası birinci yerə layiq görülüb. Onlara sertifikatlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

“Bir gündə 650 min ağac əkək” aksiyasına “Aqrar İnkişaf Könüllüləri” də qatılıb

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Müşfiqabad qəsəbəsində keçirdiyi “Bir gündə 650 min ağac əkək” aksiyasına “Aqrar İnkişaf Könüllüləri” də qatılıb. Könüllülər həvəslə ağac tinglərinin əkilməsində fəal iştirak edib, yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkiblər. “Bir gündə 650 min ağac əkək” aksiyasına Şirvan DAİM, Biləsuvar DAİM, Göygöl DAİM “Aqrar İnkişaf Könüllüləri” və ADAU tələbələri də qatılıb.

Azərbaycan Könüllülük həftəsi təşkil olunub

5 dekabr- “Beynəlxalq Könüllülər günü” münasibətilə 1-9 dekabr tarixlərində  “Azərbaycan Könüllülük Həftəsi” keçirilib. Könüllülük həftəsi çərçivəsində Aqrar İnkişaf Könüllüləri də müxtəlif faəliyyətlərdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Könüllülük həftəsi” çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında könüllülərin iştirakı ilə ekoloji, sosial və mədəni tədbirlər, Könüllülərin 2-ci Respublika Həmrəylik Forumu, onlar üçün xüsusi konsert-əyləncə proqramı, 300-dən çox könüllünün iştirakı ilə Azərbaycan könüllülərinin həmrəylik düşərgəsi və digər tədbirlər təşkil olunub.

Aqrar İnkişaf Könüllüləri Gəncə nümayəndəliyinin könüllüləri ekskursiyada

Aqrar İnkişaf Könüllüləri Gəncə nümayəndəliyinin fəaliyyət planına uyğun olaraq könüllülərin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutuna ekskursiyası baş tutub.

Read More

Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb

Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar ixtisaslasmış jurnalistlər” layihəsinin açılış mərasimi keçirilib.

Read More
Azərbaycan Respublikasının Prezidenti Mehriban Əliyeva Zərifə Əliyeva Heydər Əliyev Fondu Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan.az Elektron Hökumət Portalı Gov.az Dövlət Xidmət Portalı Qarabağ.az