“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Aqrar İnnovatorlar” layihəsinin icrasına başlayıb.
Layihə boyu 200-dən çox gənc arasından seçilmiş 30 iştirakçı ilə seminarlar və respublikanın qabaqcıl şirkətlərinə səfərlər təşkil edəcəklər. “Aqrar İnnovatorlar” layihəsinin məqsədi innovasiyanın aqrar sahədə tətbiqi, nanotexnologiyanın Azərbaycanda inkişaf perspektivləri, kənd təsərrüfatında elmi yanaşmanın gətirdiyi imkanlardan düzgün istifadənin təşviqinə dəstəkdir.
4 gün davam edən layihədə aqrar sahə və innovasiyalar üzrə təlimlər keçirilib. İştirakçılar Sumqayıt Texnologiyalar parkına, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutlarına səfər ediblər. Sonda iştirakçılar hazırladıqları təqdimatları nümayiş etdiriblər. Komandalara verilmiş tapşırıqlar əsasında hazırlanan təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. “Aqrobot” komadası birinci yerə layiq görülüb. Onlara sertifikatlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC-nin tərəfdaşlığı, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə 23 sentyabr – 2 oktyabr 2019-cu il tarixlərində “Aqro Sosial Media Marketinq” layihəsi həyata keçiriləcəkdir. Layihənin məqsədi aqrar sahədə biznes fəaliyyətlərinin sosial mediada işıqlandırılması, aqrar sahə ilə bağlı məqalələrin düzgün istiqamətdə yazılması, effektiv marketinqin aparılması, blog/vlogglerik fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində gəncləri bu sahənin tanınmış mütəxəssisləri vasitəsi ilə məlumatlandırmaqdır.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Birləmiş
Millətlər Təşkilatı”nın İnkişaf Proqramının (UNDP) “Qlobal əhəmiyyətli
aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin
birgə əməkdaşlığı “Öyrənən Fermer” layihəsinin təlimlərinin üçüncü və
sonuncu günü Göyçay rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM)
keçirildi. Layihə çərçivəsində fermerlərə və
könüllülərə ilk olaraq “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin qorunması
və davamlı istifadəsi” layihəsinin eksperti Elmmədin Namazov tərəfindən
“şoran torpaqların idarə olunması”, “meyvəçiliyin
inkişafı”, “bitkiçilik” mövzularında təlimlər keçirilib.
Şoranlaşmış torpaqların idarə olunması, meyvə və tərəvəz bitkilərinin məhsuldarlığını
necə yüksəltmək mövzularında müzakirələr aparılıb.
Daha sonra “Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat
İnstitutu”nun elmi işlər üzrə direktor müavini Vahid Əliyev “Azərbaycanda
meyvəçiliyin mövcud vəziyyəti və gələcək perspektivləri” mövzusunda
fermerlərə təlim keçib. Meyvəçiliyin çox yüksək ixrac potensialını, evvektiv
aqrar sektor, idxaldan asılılığın azaldılması mövzusunda fermerlərlə müzakirələr
aparılıb. Göyçay
rayonunda keçirilən təlimlər də interaktiv şəkildə keçib.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı , Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Mobil Laboratoriya” layihəsi 14-16 mart 2019 tarixlərini əhatə edib. Layihənin məqsədi fermerlərə gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılamaqdır. İlkin mərhələ olaraq könüllülər Abşeron Regional Mərkəzinin Aqrokimya mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə mobil cihazların istifadəsi haqqında texniki məlumatları öyrəndikdən sonra, təyin olunmuş istixanalarda laborator analizlərin aparılmasına başlayıblar. Pilot olaraq layihə Gəncə, Lənkəran və Şəkidə fəaliyyət göstərən könüllülər tərəfindən icra olunub..
Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Aqrar İxtisaslaşmış Jurnalistlər” layihəsi 20-28 fevral 2019-cu il tarixini əhatə edib. Layihənin əsas məqsədi jurnalistika sahəsində təhsil alan gənclərin aqrar sahəyə marağının artırılması və aqrar sahənin inkişafına töhvə vermək, aqrar sahədə biliklərin və araşdırma qabiliyyətlərinin artırılmasıdır. “Aqrar İxtisaslaşmış Jurnalistlər” layihəsində 30 nəfər gənc iştirak etmişdir. Layihənin ilkin mərhələsi Bakı şəhərində baş tutmuşdur və bu mərhələdə mütəxəssislər tərəfindən gənclərə təlimlər keçirilmişdir. İkinci mərhələdə isə Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinə və Şəmkir, Samux rayonunda yerləşən aqroparklarda press tur təşkil olunmuşdur. Sonuncu mərhələdə iştirakçıların hazırladığı məqalələr münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. İştirakçılar sertifikat və hədiyyələrlə təltif olunmuşdular.
Layihənin əsas məqsədi gənclərin sağlam düşüncə tərzinin aşılanması, psixoloji gərginliyin azaldılması, aqrar təhsilinin təbliği, gənclərdə özünə inam hissinin formalaşdırılması və sağlam düşüncəli, təhsil və karyerada uğurlu gənc nəslin yetişdirilməsinə töhfə verməkdir. Layihə Biləsuvar, Şirvan, Salyan, Lənkəran rayonlarında həyata keçirilib. “Aqrar İnkişaf Məqsədləri” layihəsinin hədəf qrupu bölgələrdə yaşayan tam orta məktəblərin 9-11cisinif şagirdləridir. Layihə çərçivəsində nəzərdə tutulmuş şəhərlər və rayonlarda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Nəzərədə tutulmuş təlimlər müxtəlif mövzular və iki ayrı modullar üzrə təlimlərdə keçiriləcək.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “AQRODATA” layihəsi 2-21 may 2019 tarixlərini əhatə edib. Layihənin məqsədi gənclərdə aqrar sahədə data analitikası bacarıqlarını artırmaq,iqtisadi-statistik təhlil və coğrafi informasiya sitemi haqqında iştirakçıları məlumatlandırmaqdır. Layihə Bakı şəhəri və Lənkəran rayonunda baş tutub və layihədə 25 nəfər gənc iştirak edib. Layihənin ilkin mərhələsində iştirakçılara aşağıdakı mövzular üzrə təlimlər keçirilmişdir: data analitikası, çayçılıqda data analitikası, statistik təhlil, coğrafi informasiya sistemi və sosial mediyanın kənd təsərrüfatında rolu. İkinci mərhələ isə Lənkəran rayonunda baş tutmuşdur və burada iştirakçılar çay plantasiyaları və çay emalı müəssisəsində olub və iş prosesi ilə yaxından tanış olublar. İştirakçılara araşdırma məqsədilə komanda işləri, tapşırıqlar verilmişdir və münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və ADAU-nun tərəfaşlığı ilə “Gənc Aqronomlar Məktəbi” layihəsi 12-15 mart tarixində həyata keçirilib. Layihənin məqsədi gənclərin Respublikamızda dövlətin aqronomluq sahəsinə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılmasıdır. Layihədə 40 nəfər gənc iştirak etmişdir. “Gənc Aqronomlar Məktəbi” Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində baş tutmuşdur. Layihə çərçivəsində Respublikada aqrar sahədə həyata keçirilən quruculuq işləri, aqrar təhsilin önəmi, aqronomların peşəkarlıq səviyyəsinin dərəcələri, habelə onlarına aldıqları təhsilin hansı əsas və metodlarla dərindən öyrənilməsinin üsulları barədə müvafiq təlimlər keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti | Mehriban Əliyeva | Zərifə Əliyeva | Heydər Əliyev Fondu | Kənd Təsərrüfatı Nazirliyi | Azərbaycan.az | Elektron Hökumət Portalı | Gov.az | Dövlət Xidmət Portalı | Qarabağ.az |