Layihənin əsas məqsədi gənclərin sağlam düşüncə tərzinin aşılanması, psixoloji gərginliyin azaldılması, aqrar təhsilinin təbliği, gənclərdə özünə inam hissinin formalaşdırılması və sağlam düşüncəli, təhsil və karyerada uğurlu gənc nəslin yetişdirilməsinə töhfə verməkdir. Layihə Biləsuvar, Şirvan, Salyan, Lənkəran rayonlarında həyata keçirilib. “Aqrar İnkişaf Məqsədləri” layihəsinin hədəf qrupu bölgələrdə yaşayan tam orta məktəblərin 9-11cisinif şagirdləridir. Layihə çərçivəsində nəzərdə tutulmuş şəhərlər və rayonlarda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Nəzərədə tutulmuş təlimlər müxtəlif mövzular və iki ayrı modullar üzrə təlimlərdə keçiriləcək.
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və ADAU-nun tərəfaşlığı ilə “Gənc Aqronomlar Məktəbi” layihəsi 12-15 mart tarixində həyata keçirilib. Layihənin məqsədi gənclərin Respublikamızda dövlətin aqronomluq sahəsinə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılmasıdır. Layihədə 40 nəfər gənc iştirak etmişdir. “Gənc Aqronomlar Məktəbi” Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində baş tutmuşdur. Layihə çərçivəsində Respublikada aqrar sahədə həyata keçirilən quruculuq işləri, aqrar təhsilin önəmi, aqronomların peşəkarlıq səviyyəsinin dərəcələri, habelə onlarına aldıqları təhsilin hansı əsas və metodlarla dərindən öyrənilməsinin üsulları barədə müvafiq təlimlər keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti | Mehriban Əliyeva | Zərifə Əliyeva | Heydər Əliyev Fondu | Kənd Təsərrüfatı Nazirliyi | Azərbaycan.az | Elektron Hökumət Portalı | Gov.az | Dövlət Xidmət Portalı | Qarabağ.az |