“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının komandası ilə Xəzər Universiteti tələbələri arasında görüş baş tutub. Tədbirdə çıxış edən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə Xəzər Universitetinin kollektivinə görüş üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə edərək Xəzər Universitetinin tələbələrilə görüşün hər iki tərəf üçün çox uğurlu nəticələrinin olacağına inamını ifadə edib. O, kənd təsərrüfatı sahəsində gənc mütəxəssislərin yetişməsi istiqamətində birgə addımların atılması, tələbələrin praktiki inkişafında resursların birlikdə istifadə edilməsi, gələcək layihələr və təşkilati proqramlarda perspektivlərin səmərəli istifadəsinin vacibliyini, həmçinin irəlidəki aylarda artıq reallaşmaqda olan “AQRODATA”, “Fermerdən Biznesmenə” layihələri haqında məlumatı tələbələrin diqqətinə çatdırıb. Sonra Aqrar İnkişaf Könüllüləri hərəkatının yaranma səbəbləri, məqsədləri və könüllülərin iş şəraiti barədə məlumat verərək Təşkilatın artıq 40-dan çox regionda fəaliyyətini təşkil etdiyini və bu regionlarda gənclərin həm şəxsi inkişafına, həm də əhali arasında maarifləndirmə işinin daha əhatəli təşkil olunmasına dəstək göstərdiyini bildirib.
Görüşün növbəti hissəsində isə Xəzər Universiteti tələbələrinin sualları cavablandırılıb, təklifləri müzakirə edilərək dəyərləndirilməsi üçün qeydlər aparılıb
Azərbaycan Respublikasının Prezidenti | Mehriban Əliyeva | Zərifə Əliyeva | Heydər Əliyev Fondu | Kənd Təsərrüfatı Nazirliyi | Azərbaycan.az | Elektron Hökumət Portalı | Gov.az | Dövlət Xidmət Portalı | Qarabağ.az |