“Öyrənən fermer” layihəsi

“Öyrənən fermer” layihəsi

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Birləmiş Millətlər Təşkilatı”nın İnkişaf Proqramının (UNDP) “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin birgə əməkdaşlığı “Öyrənən Fermer” layihəsinin təlimlərinin üçüncü və sonuncu günü Göyçay rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirildi. Layihə çərçivəsində fermerlərə və könüllülərə ilk olaraq “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin eksperti Elmmədin Namazov tərəfindən “şoran torpaqların idarə olunması”, “meyvəçiliyin inkişafı”, “bitkiçilik” mövzularında təlimlər keçirilib. Şoranlaşmış torpaqların idarə olunması, meyvə və tərəvəz bitkilərinin məhsuldarlığını necə yüksəltmək mövzularında müzakirələr aparılıb.
Daha sonra “Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu”nun elmi işlər üzrə direktor müavini Vahid Əliyev “Azərbaycanda meyvəçiliyin mövcud vəziyyəti və gələcək perspektivləri” mövzusunda fermerlərə təlim keçib. Meyvəçiliyin çox yüksək ixrac potensialını, evvektiv aqrar sektor, idxaldan asılılığın azaldılması mövzusunda fermerlərlə müzakirələr aparılıb. Göyçay rayonunda keçirilən təlimlər də interaktiv şəkildə keçib.

Azərbaycan Respublikasının Prezidenti Mehriban Əliyeva Zərifə Əliyeva Heydər Əliyev Fondu Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan.az Elektron Hökumət Portalı Gov.az Dövlət Xidmət Portalı Qarabağ.az