Aqrar İnkişaf Könüllüləri Gəncə nümayəndəliyinin könüllüləri ekskursiyada

Aqrar İnkişaf Könüllüləri Gəncə nümayəndəliyinin könüllüləri ekskursiyada

Aqrar İnkişaf Könüllüləri Gəncə nümayəndəliyinin fəaliyyət planına uyğun olaraq könüllülərin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutuna ekskursiyası baş tutub.

İnstitutun direktoru dos. Vüqar Bəşirov çıxış edərək, aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyan Aqrar İnkişaf Könüllüləri Təşkilatı haqqında iştirakçılara ətraflı məlumat verib. Görüş yüksək fəallıq və müzakirələrlə yadda qalıb. İnstitutun direktoru Vüqar Bəşirov AİK-in BM və TB ETİ-də nümayəndəliyinin yaradılması, əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini verib. Sonda könüllülər institutun şöbə və laboratoriyalarına baxış keçiriblər.

Azərbaycan Respublikasının Prezidenti Mehriban Əliyeva Zərifə Əliyeva Heydər Əliyev Fondu Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan.az Elektron Hökumət Portalı Gov.az Dövlət Xidmət Portalı Qarabağ.az