“Mobil Laboratoriya” Layihəsi

“Mobil Laboratoriya” Layihəsi

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı , Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Mobil Laboratoriya” layihəsi 14-16 mart 2019 tarixlərini əhatə edib. Layihənin məqsədi fermerlərə gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılamaqdır. İlkin mərhələ olaraq könüllülər Abşeron Regional Mərkəzinin Aqrokimya  mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə mobil cihazların istifadəsi haqqında texniki məlumatları öyrəndikdən sonra, təyin olunmuş istixanalarda laborator analizlərin aparılmasına başlayıblar. Pilot olaraq layihə Gəncə, Lənkəran və Şəkidə fəaliyyət göstərən könüllülər tərəfindən icra olunub..

Azərbaycan Respublikasının Prezidenti Mehriban Əliyeva Zərifə Əliyeva Heydər Əliyev Fondu Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan.az Elektron Hökumət Portalı Gov.az Dövlət Xidmət Portalı Qarabağ.az