Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Aqrar İxtisaslaşmış Jurnalistlər” layihəsi 20-28 fevral 2019-cu il tarixini əhatə edib. Layihənin əsas məqsədi jurnalistika sahəsində təhsil alan gənclərin aqrar sahəyə marağının artırılması və aqrar sahənin inkişafına töhvə vermək, aqrar sahədə biliklərin və araşdırma qabiliyyətlərinin artırılmasıdır. “Aqrar İxtisaslaşmış Jurnalistlər” layihəsində 30 nəfər gənc iştirak etmişdir. Layihənin ilkin mərhələsi Bakı şəhərində baş tutmuşdur və bu mərhələdə mütəxəssislər tərəfindən gənclərə təlimlər keçirilmişdir. İkinci mərhələdə isə Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinə və Şəmkir, Samux rayonunda yerləşən aqroparklarda press tur təşkil olunmuşdur. Sonuncu mərhələdə iştirakçıların hazırladığı məqalələr münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. İştirakçılar sertifikat və hədiyyələrlə təltif olunmuşdular.
Azərbaycan Respublikasının Prezidenti | Mehriban Əliyeva | Zərifə Əliyeva | Heydər Əliyev Fondu | Kənd Təsərrüfatı Nazirliyi | Azərbaycan.az | Elektron Hökumət Portalı | Gov.az | Dövlət Xidmət Portalı | Qarabağ.az |