“İrsimiz Gələcəyimizdir” layihəsi

“İrsimiz Gələcəyimizdir” layihəsi

Layihənin məqsədi ölkəmizdə var olan ənənəvi bitki sortlarının tanıdılması, onların respublika ərazisində artırılması üçün fermerləri və sahibkarları bu sahədə fəaliyyətə təşviq etmək, bu məhsulların regional bazara çıxarıla biləcək səviyyədə istehsalına nail olmaqdır. Layihə Şəki rayonunda təşkil olunacaq. “İrsimiz Gələcəyimiz” layihəsinin hədəf qrupu Şəki rayonunda təhsil alan tələbələr və aqrar sahəyə marağı olan gənclərdir. Layihə çərçivəsində ilkin mərhələdə layihə iştirakçıları üçün UNDP əməkdaşları tərəfindən təlimlərin keçiriləcəyi nəzərdə tutulub. İkinci mərhələdə isə könüllülər səpində iştirak edəcəklər və layihənin mütəxəssiləri ilə sahələrdə monitorinq və qiymətləndirmə işlərində iştirak edəcəkləri nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti Mehriban Əliyeva Zərifə Əliyeva Heydər Əliyev Fondu Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan.az Elektron Hökumət Portalı Gov.az Dövlət Xidmət Portalı Qarabağ.az