Layihənin məqsədi fermerlərə biznes proyektlərin tərtibi haqda məlumat vermək, fermerlərin gəlirlərini davamlı şəkildə artırılması; eyni sahə üzrə fəaliyyət göstərən müxtəlif fermerlər arasında kooperasiya yaratmaqda dəstək olmaq, fermerlərə müxtəlif ideyalar verilməsi, fermerlərə PR işinin təşkilinə töhvə verməkdir. “Fermerdən Biznesmenə” layihəsi Lənkaran, Biləsuvar, Salyan, Balakən, Quba, Masallı,İsmayıllı, Şəki, Qəbələ, Şamaxı rayonlarında baş tutacaq. Layihəni hədəf qrupu kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və maraqlanan sahibkarlar və gənclər. Layihə çərçivəsində nəzərdə tutulmuş 10 regionda fermerlərə “Biznes proyektin yazılışı və tərtibi” mövzusu üzrə seminarlar keçiriləcək. Seminarlar zamanı fermerlərə müxtəlif ideyalar veriləcək, onların ideyaları haqqında biznes proyektin yazılışı və tərtib edilməsində köməklik göstəriləcək.
Azərbaycan Respublikasının Prezidenti | Mehriban Əliyeva | Zərifə Əliyeva | Heydər Əliyev Fondu | Kənd Təsərrüfatı Nazirliyi | Azərbaycan.az | Elektron Hökumət Portalı | Gov.az | Dövlət Xidmət Portalı | Qarabağ.az |