“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “AQRODATA” layihəsi 2-21 may 2019 tarixlərini əhatə edib. Layihənin məqsədi gənclərdə aqrar sahədə data analitikası bacarıqlarını artırmaq,iqtisadi-statistik təhlil və coğrafi informasiya sitemi haqqında iştirakçıları məlumatlandırmaqdır. Layihə Bakı şəhəri və Lənkəran rayonunda baş tutub və layihədə 25 nəfər gənc iştirak edib. Layihənin ilkin mərhələsində iştirakçılara aşağıdakı mövzular üzrə təlimlər keçirilmişdir: data analitikası, çayçılıqda data analitikası, statistik təhlil, coğrafi informasiya sistemi və sosial mediyanın kənd təsərrüfatında rolu. İkinci mərhələ isə Lənkəran rayonunda baş tutmuşdur və burada iştirakçılar çay plantasiyaları və çay emalı müəssisəsində olub və iş prosesi ilə yaxından tanış olublar. İştirakçılara araşdırma məqsədilə komanda işləri, tapşırıqlar verilmişdir və münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti | Mehriban Əliyeva | Zərifə Əliyeva | Heydər Əliyev Fondu | Kənd Təsərrüfatı Nazirliyi | Azərbaycan.az | Elektron Hökumət Portalı | Gov.az | Dövlət Xidmət Portalı | Qarabağ.az |